İran və Pakistan birgə çevik hərbi güc yaradır

 
23-04-2019, 10:05            79 dəfə baxılıb
 
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran və Pakistan terrorçuluqla mübarizə məqsədilə, birgə sərhəd-çevik reaksiya gücü yaradacaq. Bu barədə razılıq Pakistanın Baş naziri İmran Xanın aprelin 22-də start götürən İran səfərinin gedişində əldə olunub. Xəbəri İranın «Press TV» telekanalı yayıb.
«İran və Pakistan sərhədyanı ərazilərdə terrorçuluqla mübarizə üçün birgə çevik reaksiya gücü yaratmağa hazırlaşır. Biz, sərhəddə təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığı aktivləşdirmək barədə razılığa gəldik – onların uyğun təhlükəsizlik və kəşfiyyat idarələri arasında. Həm də ümumi sərhəddə terrorla mübarizə məqsədilə, birgə çevik reaksiya gücü yaratmağı qərara aldıq» – deyə, İran İslam Respublikasının (İİR) prezidenti və hökumət başçısı Həsən Ruhani bəyan edib.
Gözlənilirdi ki, sərhədlərdə təhlükəsizlik barədə delikat məsələ İran və Pakistanın rəsmi şəxsləri arasındakı danışıqlarda dominant olacaq, deyə telekanal qeyd edir. Xanın səfəri ərəfəsində transsərhəd pozucu qrupu tərəfindən bir neçə İran sərhədçisinin öldürülməsindən sonra, İran sərhədçiləri Pakistan liderinə məktub yazaraq, onu təcili tədbirlər görməyə çağırmışdı.
Bundan əvvəl İran Pakistanı bu problemi həll etməyə çağırmışdı, hətta terrorçuların aşkarlanması və məhv edilməsi üçün Pakistan ərazisində birgə hərbi əməliyyatlara başlamaq çağırışları da etmişdi. Terrorçuların fevral ayındakı son böyük hücumunun gedişində İranın İslam İnqilabı Keşikçiləri (İİK) korpusunun 40 hərbçisi öldürülmüşdü.
«Biz, sevinirik ki, Pakistan tərəfi indi belə qrupların insanlıqdan kənar davranışını tanıyır və onlara yönəlik uyğun münasibət bəsləyir» – deyə, İran prezidenti qeyd edib. Onun sözlərinə görə, digər heç bir tərəf Tehranla İslamabad arasında münasibətlərə təsir göstərə bilməz. Bununla, Ruhani ABŞ-ı hədəfə almış olub: «İki İslam respublikası kənar təzyiqlərə baxmayaraq, sıx əlaqələri saxlamaqda davam edir».
«Hər iki tərəf bununla razıdır ki, heç bir üçüncü ölkə dost və qardaş İran və Pakistan respublikaları arasındakı əlaqələrə təsir göstərə bilməz» – İran hökumətinin başçısı əlavə edib. İran və Pakistan razılıq əldə ediblər ki, qonşu Əfqanıstanda sülhün bərqərar olmasına birgə səylər göstərsinlər.
Danışıqların gedişində Qolan məsələsinə də toxunulub. Bu məsələyə də münasibət bildirilib ki, Səudiyyə Ərəbistanı İranı «ərəb-israil cəbhəsinə» cəlb etmək üçün İslamabada təzyiq göstərir. İran prezidentinin sözlərinə görə, İmran Xan onu əmin edib ki, Pakistan heç vaxt heç bir anti-İran koalisiyasına qoşulmayıb və qoşulmayacaq.
İran Pakistana neft-qaz və elektrik enerjisi ixracını indiki həcmlərlə müqayisədə 10 dəfə artırmağa hazır olduğunu bildirib. Bununla bərabər, Tehran İranın Çabaxar və Pakistanın Qvadar limanları arasında ticarətin genişləndirilməsində maraqlı olduğunu və bu limanları dəmir yolu ilə birləşdirməyin vacibliyini qeyd edib.
İran, Türkiyə və Pakistan İqtisadi əməkdaşlıq təşkilatının (İƏT) həmtəsisçiləri olaraq, ticarət-iqtisadi əməkdaşlığı genişləndirə və dəmir yolu sistemlərini birləşdirə bilərlər. Ruhaninin sözlərinə görə, bu, Avropadan Çinə transsərhəd dəhlizi açardı.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031