Növbəti erməni həyasızlığı - Qarabağı və Naxçıvanı... - Xəritə

 
23-04-2019, 16:26            111 dəfə baxılıb
 
Rusiyada fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.
Eurasia Diary-nin ONA-ya istinadən məlumatına görə, bu gün Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na həsr olunan fləşmob formatında aksiya keçiriləcək.
Aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağı və Naxçıvanı öz əraziləri kimi göstəriblər. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib.
Aksiyanın bu gün yerli vaxtla 16:00-da Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılır.
Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildiriblər.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031