Azərbaycanda 239 nəfər qızılcaya yoluxub

 
24-04-2019, 11:30            67 dəfə baxılıb
 
"Azərbaycanda qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb. Xəstəliyin yayılmasında pik dövr bu ilin yanvar və fevral ayları olub"

Serhed.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, yanvar ayında Azərbaycanda 106, fevralda isə 110 yoluxma halı baş verib. 

"Martda 23 hal olub, aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir. Qızılcaya yoluxma əsasən, nisbətən böyük yaşlı insanlar arasında qeydə alınıb". 

Qeyd edək ki, ümumilikdə isə cari ilin 3 ayı ərzində ölkə üzrə 239 nəfər qızılca xəstəliyinə yoluxub. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031