Gürcüstan erməniləri Azərbaycana qarşı təxribata əl atıblar

 
24-04-2019, 14:28            67 dəfə baxılıb
 
Ötən gün axşam saatlarında Gürcüstanda ermənilərin yığcam yaşadıqları Axaltsixe rayonunda qondarma “erməni soyqırımı”nın 104-cü ildönümü ilə bağlı yürüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları əllərində məşəl tutaraq Gürcüstan və Türkiyədən “erməni soyqırımı”nın tanınmasını tələb ediblər.
Ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsində fəaliyyət göstərən xəbər saytlarının yaydığı fotolardan görünür ki, yürüşdə Gürcüstan və Ermənistanın dövlət bayraqları ilə yanaşı qondarma “Dağlıq Qarabağ Respublikası”nın da “bayrağı” dalğalandırılıb.
Analoji aksiya bölgənin Ninotsminda rayonu və paytaxt Tbilisidə də keçirilib.
Gürcüstanda yaşayan ermənilər hər il aprelin 23-24-də uydurma soyqırımın ildönümü ilə bağlı Samtsxe Cavaxeti bölgəsi və paytaxt Tbilisidə aksiyalar təşkil edirlər. Aksiyalarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı “DQR”in bayrağı da dalğalanır. Gürcüstanın aidiyyatı qurumları yerli ermənilərin Azərbaycana qarşı bu təxribatının və separatçılığın təbliğinə yönəlmiş bu addımın qarşısını almaq üçün heç bir tədbir görmür. İşğaldan əziyyət çəkən və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Gürcüstanda “DQR” adlı işğalçı rejimin “bayrağı”nın dalğalandırılmasının qarşısı dərhal alınmalı və bu cür halların təkrarlanmasına yol verilməməlidir.
Qeyd edək ki, ermənilər bu gün saat 14:00-a Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında “erməni soyqırımı”nın tanınması tələbi ilə aksiya təyin ediblər.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031