İştirak payından və səhmindən gəlir əldə edən vergiödəyicisi 3 il vergidən azaddır

 
24-04-2019, 14:32            65 dəfə baxılıb
 
Vergi Məcəlləsinin cari il yanvarın 1-dən qüvvəyə minmiş maddələrinə əsasən, vergiödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi müvafiq olaraq gəlir və mənfəət vergilərindən azaddır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Serhed.az-a bildirilib ki, sözügedən güzəşt azı 3 il ərzində mülkiyyətdə olan iştirak payının və ya səhmin təqdim edilməsinə münasibətdə tətbiq olunur. Üç ildən az müddətə mülkiyyətdə olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizinin müvafiq olaraq gəlir və mənfəət vergilərindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmur.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031