illi Məclisin sədri Qarabağda müharibəyə qarşı çıxdı – “Nə üçün çağırış etməliyik?!”

 
24-04-2019, 14:48            81 dəfə baxılıb
 “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
“Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?! Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər
Dağlıq Qarabağ geri qaytarıldıqdan sonra nə etməliyik? Ona görə də millət vəkilləri müharibə barədə çağırışlarla əlaqədar çıxışlar edərkən ehtiyatlı olmalıdırlar”.  – deyə, O.Əsədov qeyd edib.



шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031