2019-ci ildə Azərbaycanda iki nəfər quduzluqdan ölüb

 
24-04-2019, 17:48            75 dəfə baxılıb
 

Quduzluqdan ölüm halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. 2019-ci ildə Azərbaycanda iki nəfər quduzluqdan ölüb. Hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib. Birinci hadisədə ev iti ilə bağlı olub, həkimə vaxtında müraciət olunmayıb. İkinci ölüm hadisəsi isə, zərərçəkənin quduzluğa qarşı yalnız bir dəfə peyvənd olunması ilə bağlıdır.
Serhed.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbuat konfransında deyib.
Afaq Əliyeva bildirib ki, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır: “Küçə itləri peyvənd olunmur, ev itləri də təhlükəsiz deyil. İnsanlar heyvan dişləmələri zamanı ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar”.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031