Aprelin 25-i Beynəlxalq DNT Günüdür

 
25-04-2019, 10:45            121 dəfə baxılıb
 

Dünyanın müxtəlif ölkələrində bır sıra təşkilatlar hər il aprelın 25-də Beynəlxalq DNT Gününü qeyd edirlər, bəzən gün dəyişsə də, apreldə onun qeyd olunması ənənə şəklini alıb.
AZƏRTAC xəbər verir ki, həmin tarixin seçilməsi alimlər Ceyms Uotson və Frensis Krikin Moris Uilkins və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır.
DNT - dezoksiribinuklein turşusudur. Həmin turşu canlı orqanizmin formalaşması və həyati prosesləri davam etdirə bilməsi üçün irsi informasiyaların saxlanıldığı və nəsillər arasında ötürülən biopolimerdir. Məhz DNT testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur. Əbəs yerə deyil ki, DNT-nin açılması elmdə inqilab hesab edilir. Onun aşkar edilməsi nəticəsində irsiliyin kodu açılıb, genetik risk müəyyən edilib, orqanizmin proqramlaşdırılmış xüsusiyyətlərinin formalaşması başlanılıb. İrsiliyin yaxşılaşdırılmasının həyata keçirilməsi və genetik mühəndislik texnologiyalarının yaradılması da onunla əlaqədardır.
 шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031