Qar uçqununa düşərək həlak olan hərbçimiz dəfn edilir - Foto

 
25-04-2019, 15:00            82 dəfə baxılıb
 
Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilir. 
 
Serhed.az "Report"a istinadən xəbər verir ki, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilir. 

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.

Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq H.Abdullayevin, bir müddət sonra isə F.Məmmədovun nəşi tapılıb.
 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031