Qala divarlarının qarşısında bina və tikililərin inşası qadağandır - RƏSMİ

 
25-04-2019, 16:31            200 dəfə baxılıb
 
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu əhatə edən qala divarlarının qarşısında hər hansı bir tikinti işlərinin aparılması qadağandır.

Yeniavaz.com xəbər verir ki, bu qadağa 22 sentyabr 2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"də yer alıb.
Əsasnamənin 4.3 maddəsində açıq şəkildə qeyd olunub ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Onu da qeyd edək ki, bu Əsasnamə Azərbaycan Prezidentinin "Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" 10 fevral 2005-ci il tarixli Sərəncamına əsasən qəbul olunub.
Məlumat üçün bildirək ki, "İçərişəhər" qalası 2000-ci ildə YUNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edililib.

Qаlа divаrının şimаl tərəfindən 1954-cü ildə аpаrılаn bərpа işləri zаmаnı tаpılmış yаzılı dаş kitabədən məlum оlub ki, Bаkının qаlа divаrı Şirvаnşаh III Mənüçöhrün (1120-1149) göstərişilə təqribən 1138-1139-cu illərdə inşа оlunub. Qala ikiqatlı divardan ibarət olub. Birinci divar Şirvanşah III Mənüçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilib.

Lakin ikinci qala divarları rus çarizminin hakimiyyəti dövründə uçurularaq məhv edilib. Birinci qala divarı isə hələ də qalmaqdadır. Bakı qalasının iki qapısı olub. Onlardan biri Xəzər dənizinə, digəri isə quruya açılıb.
Hündürlüyü 8-12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə Qala divarlarının uzunluğu 1500 metr idi bu gün isə qala divarlarının uzunluğu 500 metrdi. Qala divarının əvvəlki uzunluğunun yalnız üçdə iki hissəsi dövrümüzə qədər gəlib çatıb. Lakin bu fraqment orta əsr Bakısında müdafiənin nə dərəcədə düşünüldüyünü söyləməyə əsas verir. Divarın perimetri boyu hər tərəfdə qala bacaları - mazğallar açılmışdı və burada oxçular, daha sonra isə atıcılar atəş açırdı. Orta əsr mənbələrinə əsasən divarlar içində top mazğallarının açıldığı 70 yarımdairəvi döyüş qülləsi (hazırda 25 qüllə mövcuddur) ilə möhkəmləndirib.

1608-1609-cu illərdə Bakı hakimi Zülfüqar-xan köhnə istehkamlardan 10-12 metr aralıda divarların ikinci cərgəsini tikdirdi.

1868-ci ildə Bakının hərbi qubernatoru şəhərin abadlaşdırılması, onun hərbi müdafiə istehkamı kimi ləğv edilməsi məqsədilə qala divarının sökülməsi barəsində Qafqaz Hərbi Dairəsinə müraciət edir. 1870-ci ildə xaricdən ikinci qala divarının sökülməsinə icazəsi verilir. 1886 -cı ildə Dumanın iclasında bu məsələ bir daha qaldırılır və qərara alınır ki, sökülən ikinci qala divarında olan "Zülfüqar xanın darvazası" adlanan qapı birinci qala divarında yerləşən Şah Abbas darvazası yanında qurulsun.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031