Qondarma “erməni soyqırımı” Almaniyada dərsliklərə salına bilər

 
25-04-2019, 17:03            168 dəfə baxılıb
 
“Erməni soyqırımı”nı dərsliklərə daxil etməyin vaxtıdır”.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikri türk əsilli alman millət vəkili Cem Özdəmir səsləndirib. Onun sözlərinə görə, “erməni soyqırımı”nın Almaniyadakı dərsliklərdə öz əksini tapmasına ehtiyac var.
1915-ci il hadisələrini “qorxunc faciə” adlandıran millət vəkili, Almaniyanın törətdiyi bəzi soyqırımlarının da dərsliklərə salınmasının vacibliyini bildirib. O, qeyd edib ki, almanların XX əsrin əvvəllərində Namibiyada törətdiyi soyqırım da dərs kitablarında öz əksini tapmalıdır.
Məlumat üçün qeyd edək ki, C.Özdəmirin bu iddiası hələlik təklif olaraq qalsa da, bəzi siaysilər məlum məsələnin yaxın gələcəkdə gündəmə gəlməsinin mümkünlüyü qənaətindədir. Belə olarsa, bu, daha bir ölkənin erməni yalanlarına alət olması və tarixi hadisələrin təhrif edilmiş halda təbliği demək olacaq.
Qeyd edək ki, 1915-ci ildə Osmanlı imperiyasına qarşı qiyam qaldıran ermənilər türklərə qarşı soyqırım həyata keçirsə də, sonralar özlərini bu hadisələrin qurbanları kimi təqdim etməyə başlayıb. Ən təəssüfedici məqamlardan biri isə erməni yalanının ayaq açıb yeriməsi, bəzi dövlətlərin heç vaxt olmayan “erməni soyqırımı”nı tanımasıdır.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031