Zaqatalada meşədə silah-sursat tapılıb

 
26-04-2019, 10:30            78 dəfə baxılıb
 
Aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “ Revolver” tipli tapança, 23 gilizlə birlikdə bir ov tüfəngi, iki ədəd əl qumbarası, bir ədəd 4,5 millimetrlik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, 2 patron darağı ilə birlikdə bir ədəd idman tapançası və bir ədəd 9 millimetrlik tapança darağı aşkar edilərək götürülüb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031