DİA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil edilib

 
26-04-2019, 13:06            76 dəfə baxılıb
 

Aprelin 22-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqaməti üzrə ixtisasartırma kursu keçirilib.

DİA-dan AZƏRTAC-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında birgə əməkdaşlıq, kadr potensialının gücləndirilməsi kimi məsələlərə dair 2019-cu ildə imzalanan Memoranduma əsasən, kursa nazirliyin əməkdaşları olan dövlət qulluqçuları cəlb edilib.

Kursun əsas məqsədi dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi, dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi, dəyişikliklərin idarə edilməsi, dövlət qulluqçularının mənəvi-əxlaqi keyfiyyətlərinin artırılması və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və bu sahədə gözləntilər barədə fikir mübadiləsinin aparılması olub.

Kursun açılışında akademiyasının rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışıb. Rektor Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açıb, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd edib. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğulayıb.

Akademiyanın prorektoru, professor Əlikram Abdullayev, Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, analitika və təhsilin informasiya təminatı şöbəsinin müdiri, professor Ziyafət Həbibova, tarix kafedrasının professoru Fuad Məmmədov, elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Elnur Əliyev, Prezident Administrasiyasinin strateji araşdırma və planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev və başqaları müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Məruzəçilər ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsinin ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olduğunu qeyd ediblər. Ölkədə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrildiyini, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinin dövlətimizin ekoloji siyasətinin əsas istiqamətləri olduğu bildirilib.

Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.


шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031