“Azəriqaz”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

 
26-04-2019, 18:48            145 dəfə baxılıb
 

“Azəriqaz” İB-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”da “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi” devizi altında yığıncaq keçirilib. Yığıncaqda birliyin baş direktorunun satış və istismar üzrə müavini Ruslan Əliyev, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
R.Əliyev Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, bu günün qeyd olunmasına 2003-cü ildən başlanılıb. Həmin vaxt Beynəlxalq Əmək Təşkilatı onu əməyin mühafizəsi, gigiyenası və mədəniyyəti konsepsiyasının formalaşdırılması və müdafiəsi kimi nəzərdə tutub. Ümumdünya Əməyin Mühafizəsi Günü əməyin mühafizəsi üzrə profilaktik tədbirlərdən ibarət olub iş yerində bədbəxt hadisələrin və işçilərin səhhətinin pisləşməsinin qarşısının alınması probleminə həsr olunub. Ümumiyyətlə bu günün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə ABŞ və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Onlar təklif ediblər ki, 28 aprel – iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin “Xatirə günü” kimi qeyd olunsun. Azad Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası iş yerlərində səmərəli əmək şəraitinin təşkilinə diqqəti daha da cəlb etmək üçün onun əhatə dairəsini genişləndirməklə həmin günü ümumdünya tədbiri günü kimi qeyd edirlər. Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin sağlam, təhlükəsiz əmək və istirahət hüquqlarının əsasları müəyyən oluub.
C.Şıxəliyev isə, öz növbəsində, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş mühitinin yaradılması, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, sağlamlığın qorunması məqsədi ilə işçilərin tibbi sığorta edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq iş yerlərinin attestasiya olunması, ağır və zərərli əmək şəraitində işləyən işçilərin işəgötürənin vəsaiti hesabına dövri olaraq tibbi müayinədən keçirilməsi, həmçinin əmək qanunvericilində nəzərdə tutulmuş digər tələblərə layiqincə əməl edilməsi əməyin mühafizəsi sahəsində birlik tərəfindən həyata keçirilən genişmiqyaslı işlərdən olduğu bildirib.
O, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasında hər bir işçisinin əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərdən maksimum dərəcədə yararlanmasının mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda, birlik işçilərinə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normaları”na əsasən verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən səmərəli istifadə edilməli olduğunu vurğulayıb. C.Şıxəliyev işçiləri hər bir işə başlamazdan əvvəl müvafiq təlimatın tələblərinə, texnoloji proseslərin ardıcıllığına və təhlükəsizliyinə ciddi şəkildə riayət etməli olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Ə.Qurbanov əsas məqsədin iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirmək olduğunu bildirib. Onun sözlərinə görə, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, qabaqcıl iş təcrübələrini yaymaq və təbliğ etmək, hər bir iş yerində təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində həmkarlar təşkilatları və işəgötürənləri mənəvi və maddi cəhətdən həvəsləndirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməkdən ibarədir. Bildirib ki, bu işlərin mövcud qaydaların tələblərinə uyğun həyata keçirilməsində birliyin idarəetmə aparatı və onun struktur bölmələrində olan əməyin təhlükəsizliyi xidmətlərinin, eləcə də Həmkarlar İttifaqı Təşkilatlarının rolu böyük əhəmiyyətə malikdir.
Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənmiş işçilərə dəyərli mükafatlar və fəxri fərmanlar verilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031