Məmur olmaq istəyənlərə ŞAD XƏBƏR

 
7-06-2019, 16:32            33 dəfə baxılıb
 
DİM dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə kömək məqsədi ilə “500 test tapşırığı” adlı  toplu nəşr edib.
 
Dövlət İmtahan Mərkəzindən Moderator.az-a verilən məlumata görə, bu topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri (Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması) üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib. Toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə beş variant üzrə tərtib olunub və hər variant 100 test tapşırığından ibarətdir. Müvafiq vəzifə qruplarına aid proqramlar əsasında tərtib olunmuş tapşırıqlardan ibarət hər bir variant test imtahanının məzmunu (test tapşırıqlarının sayı, tipi və forması, mürəkkəblik dərəcəsinə görə paylanması) nəzərə alınmaqla hazırlanıb. Topluda hər bir vəzifə qrupuna uyğun hazırlanmış varianta daxil edilmiş test tapşırığı nümunələrinin düzgün cavabları da verilib.
 
Kitabı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930