Zəhranı oğurlayan qadın barəsində həbs qərarı

 
7-06-2019, 20:36            11 dəfə baxılıb
 
Bakının Sabunçu rayonunda üç yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. T.Nəzərova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, üç yaşlı Zəhra iyunun 4-də yaşadığı evin yaxınlığından itkin düşüb. Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılıb və ailəsinə təhvil verilib. Uşağın oğurlandığı məlum olub.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930