Yaponiyanın Baş naziri İrana gedəcək - Son 41 ildə ilk dəfə

 
7-06-2019, 22:13            130 dəfə baxılıb
 
İran ilə ABŞ arasında gərginliyin artdığı bir zamanda Yaponiyanın Baş naziri Şinzo Abenin Tehrana səfəri gözlənilir.

AzərTAc xəbər verir ki, yapon tərəfi Şinzo Abe ilə İran Prezidenti Həsən Ruhaninin və Ali rəhbər Ayətullah Əli Xameneinin görüşünə hazırlıq işlərini tamamlamaq üzrədir. Ş.Abenin İrana üçgünlük səfərinin iyunun 12-də başlanacağı gözlənilir.

Səfər barədə jurnalistlərə məlumat verən Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa bildirib ki, Ş.Abe üçün İran liderlərini gərginliyi zəiflətməyə çağırmaq cəhdi çox vacibdir. Eyni zamanda o, İranın nüvə sövdələşməsinin reallaşması üçün 2015-ci ildə əldə edilən razılaşmada konstruktiv rol oynamağa və regionda sabitliyi bərpa etməyə çalışır.

Y.Suqa deyib ki, Ş.Abe son 41 ildə Yaponiyanın İrana səfər edən ilk Baş naziri olacaq. Həmçinin cari ildə Yaponiya ilə İran arasında diplomatik əlaqələrin qurulmasının 90 ili tamam olur.

Baş katib əlavə edib ki, Ş.Abenin səfəri iki ölkə arasında uzun illərdir davam edən dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031