Fransa ictimai telekanalı “Artsax”ı “müstəqil dövlət” kimi təqdim etdi - VİDEO

 
8-06-2019, 18:43            47 dəfə baxılıb
 
ransanın ictimai telekanallar şəbəkəsi olan “France 24” əməkdaşları Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımızda qondarılmış separatçı rejim haqda veriliş hazırlayıb.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  həmsədr ölkəyə məxsus telekanalın ispan şöbəsinin hazırladığı reportajda qondarma rejim “Artsax müstəqil respublikası” kimi təqdim olunur. “ “Artsax” – Avropada unikal bir məkandır: müstəqillik əldə edib, ancaq dünya tərəfindən tanınmayıb”- Fransa telekanalının yayımladığı verilişdə belə deyilir.  

Dağlıq Qarabağda guya  150 min erməninin yaşadığı qeyd edilən  reportajda  Xankəndindəki aeroportun “dünya standartlarına uyğun  gəlsə də, uçuşlar həyata keçirmədiyi”də vurğulanır. 

Qeyd edək ki, "France 24" kanalı son onilliklərdə dəfələrlə Qarabağdan Azərbaycanın ərazi bütövlüyünü təhdid edən reportajlar yayımlayıb...

P.S. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa bizləri təzəcə sevindirmişdi. Məlum olduğu kimi,  mayın sonunda Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmış "Dostluq Xartiyası"nı ləğv edib. Sevgmiz elə bu qədərmiş...

P.P.S. Qərb ölkələri, o cümlədən həmsədr dövlətlər son 25-30 ildə  Azərbaycanın super sadəlöhv hissəsinin başını qatıb gözümüzə kül üfürmək üçün aradabir  bizə qarşı “ədalətli”, “sevindirici” addımlar atır – biz də dərhal “urra” deyir, əl çalıb sevinirik. Amma əsas xətt olduğu kimi davam etdirilir: Azərbaycan torpaqlarının işğal altında qalmasına, Ermənistanın və separatçı rejimin tədricən güclənməsinə birbaşa, yaxud dolayısıyla şərait yaradılır. Həmin ölkələrin rəsmi və ya qeyri-rəsmi nümayəndələri müxtəlif adlarla qondarma rejimin nəzarət etdiyi ərazilərə gəlir, separatçı rəhbərlərlə görüşür və nəticədə onun de-fakto təbliğatını aparırlar...
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930