Elnur Eltürk: “Azərbaycan cəmiyyəti müharibə istəyir”

 
11-06-2019, 16:18            75 dəfə baxılıb
 
“Naxçıvanda Azərbaycan və Türkiyə ordularının birgə təlimlərinin keçirildiyi ərəfədə ermənilərin Tərtər istiqamətində atəşkəsi pozmaları nəticəsində bir əsgərimiz şəhid oldu. Son iki həftədə də iki hərbi qulluqçumuzun şəhid olması, Azərbaycanı birbaşa və açıq şəkildə müharibəyə sürükləyir”.

 Bu fikirləri diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk səsləndiirb. 

O bildirib ki, düşmən həm də bununla mesaj vərərək, bölgədə öz varlıqlarını sübut etməyə çalışır: 

“Həm də gərginləşməkdə olan erməni cəmiyyətinə təlimlərin keçirilməsinin onları qorxutmadağını göstərirlər. Üstəlik, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları arasında gərginləşən münasibətlər fonunda bölgədə vəziyyət pisləşəcək. Dünən yayılan məlumatda Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan əsgərinin vurulmasına şəxsən əmr verdiyini açıqlandı. Hətta erməni əsgərinin mükafatlandırdığını bəyan edib. Bu erməni həyasızlığının və riyakırlığının bariz nümunəsidir. Bir tərəfdən sülhə əməl edəcəklərini bəyan edirlər, digər tərəfdən də Azərbaycan əsgərlərinə güllə atırlar. Bu, birbaşa Azərbaycana meydan oxumaq deməkdir. Azərbaycanın sülh yolu ilə münaqişənin həllində göstərdiyi prinsipləri heçə saymaqdır. Belə olan Azərbaycan nə etməlidir? Artıq Azərbaycan cəmiyyəti müharibə istəyir. Sosial şəbəkələrdə çağırışlar artır və hər kəs döyüşmək üçün müharibənin başlanmasını gözləyir. Bu elə müharibə olmalıdır ki, Ermənistanın Qarabağ üzərində olan işğalının başa çatması ilə nəticələnsin”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031