Sabirabadda iki maşın toqquşdu, 4 nəfər xəsarət aldı

 
12-06-2019, 10:44            25 dəfə baxılıb
 
Sabirabadda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.  

Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu, 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(oxu/az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930