Azərbaycanın xaricdəki səfirləri Bakıya çağırıldı

 
21-06-2019, 23:16            640 dəfə baxılıb
 
Diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycanın xarici ölkələrdəki səfirləri Bakıya toplaşacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə  Azərbaycanın xarici ölkələrə təyin olunmuş səfirləri iyulun 9-u Bakıda toplaşacaq.

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. AXC dövründə ilk xarici işlər naziri Məhəmmədhəsən Hacınski olub.

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ilk xarici işlər naziri Tofiq Qasımov olub. Ardınca Həsən HəsənovTofiq ZülfüqarovVilayət Quliyev xarici işlər naziri postunu tutub. Hazırki xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30