Kondisioner olmayan yerlər üçün SADƏ İXTİRA

 
27-06-2019, 08:27            64 dəfə baxılıb
 

İsti havada kondisionersiz keçinmək çox çətindir. Lakin bəzi yerlərdə kondisioner olmaya bilər (iş yeri, bağ evi, kənd yerləri və s.).
Belə şəraitdə istidən xilas olunmaq üçün adi ucuz ventilyator və su butulkalarından "mini-kondisioner" düzəldə bilərsiniz. Bu "ixtira" İnternetdə çox geniş təqdim olunub və şərhlərdən anlamaq olur ki, həqiqətən effekt verir.
 Sizə "kondisioner"in hazırlanma qaydasını təqdim edirik.  
1 və ya 2 l-lik butulkalara su tökün və buzxanaya qoyun (4 butulka lazım olacaq). Su donanda butulkaları hər hansı bir qutunun içinə qoyub (şəkildəki kimi) ventilyatorun qarşısında yerləşdirin. Ventilyator qoşulanda hava soyuq butulkaların arasında keçəndə soyuyacaq və otağın havası sərinlənəcək.
Buz əriyəndə butulkaları buzxanada olanlarla əvəz edin, əriyənləri isə yenidən dondurun.
İstəyinizə görə butulkaların sayını artıra da bilərsiniz.  шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031