Bərdədə külək bir sıra fəsad və dağıntılar törətdi

 
30-06-2019, 16:44            122 dəfə baxılıb
 
Bərdə rayonunda külək bir sıra fəsadlar və dağıntılar törədib. Rayonun Ərəb-2 kəndində güclü külək fərdi yaşayış evinin üstünə aşıb.

İrigövdəli ağac evin dam örtüyünü dağıdıb, evin hasarlarında çatlar əmələ gəlib. Hadisə zamanı ağac elektrik xəttini qıraraq heyvanın üzərinə salıb. Nəticədə iribuynuzlu heyvan ölüb, bununla da təsərrüfat sahibinə 1000 manatdan çox ziyan dəyib.

Eyni zamanda Bakı küçəsində də irigövdəli ağac qırılaraq avtomobil yoluna düşüb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Şəhər mərkəzi ilə bərabər, bir çox kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək elektrik dirəklərini aşırıb, xətləri qırıb.(Report)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930