Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

 
4-07-2019, 12:56            109 dəfə baxılıb
 
“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”.
Serhed.az xəbər verir ki, bunu YAP sədrinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ilin dekabrında ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək:
“Konstitusiyada da göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir. Buna görə də, qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031