Ağrılardan təbii üsullarla qurtulun! – DƏRMANSIZ MÜALİCƏ

 
8-07-2019, 13:55            45 dəfə baxılıb
 
Bədəninizdə meydana gələn hər hansı ağrıdan təbii yollarla xilas ola bilərsiniz. Hər kəsə məlumdur ki, müasir tibdə dərmanlar konkret xəstəliklərə sağaltsa da, bəzən başqa orqanlara zərər verir.
  
Odur ki, medicina.az-ın bəzi xəstəliklərdən dərmansız  müalicə olunmağın yolları barədə hazırladığı materialı mütləq oxuyun.
Ağrılardan xilas olmaq üçün ilkin olaraq ağrıkəsiciyə əl atırıq. Lakin bu üsulun böyrəklərə və başqa orqanlara vura biləcəyi zərəri nəzərə almırıq.

Çiyələk
Sidik yollarını təmizləməyə çox kömək olur. Bağırsaq problemləri üçün ən yaxşı vasitədir. Həmçinin diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır. Ağrıları yüngülləşdirir.

Qırmızı acı bibər
Meyvə tərəvəz kimi ədviyyatlar da şəfa qaynağıdır. Tərkibindəki kapsaisin maddəsi sayəsində qüvvətli ağrıkəsici rolunu oynayır.

Diş ağrısına qarşı buz üsulu
Əlləriniz beyinə siqnal aparan sinirlərlə doludur. Soyuq tətbiqetmə ilə ağrı siqnallarının beyinə çatmasına mane ola bilərsiniz. Bu, diş ağrısında xüsusi ilə effektivdir.

Əlləri soyuq su ilə yumaq

Soyuq tətbiqetmə vücudun qan fəaliyyətini yaxşılaşdırır. Əlinizi soyuq su ilə yusanız, baş və digər ağrıları nisbətən yüngülləşdirmiş olacaqsınız. Ən təsirli təbii ağrıkəsicidir.
 
 
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər
 
Paxla
Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları salmağa kömək edir.
   
Gicitkan 
Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını təmizləyir.
  
Cəfəri 
Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.

Turp 
Böyrəklərdə olan mikrobları öldürərək daş və qumların tökülməsinə kömək edir.

Üzüm 
Böyrək qumları və daşlarının salınmasına kömək olur.
 
 Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.

Badam 
Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.

Qeyd: bu üsullardan istifadə öncəsi həkiminizlə məsləhətləşin.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031