“UNESCO”nun Şəki ilə bağlı qərarı Azərbaycanı qədim mədəniyyətə malik ölkə kimi bütün dünyaya bir daha tanıdacaq

 
8-07-2019, 15:55            126 dəfə baxılıb
 
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın Şəki ilə bağlı irəli sürdüyü nominasiyaya baxaraq siyahıya daxil etməsini ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığının, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana verdiyi önəmin konkret nəticəsi kimi dəyərləndirmək olar.

“Ölkə.Az” xəbər verir ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına salınması təkcə  mədəni irsimizin qorunması baxımından deyil deyil, eyni zamanda  Azərbaycan-UNESKO əlaqələri,   turizmin inkişafı və digər məsələlər baxımından əhəmiyyətlidir.  Azərbaycanın UNESKO ilə sıx əməkdaşlığının nəticəsidir ki, indiyədək Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Belə ki, qarşılıqlı əməkdaşlıq nəticəsində “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır. Azərbaycan UNESKO ilə  mədəni irslə yanaşı humanitar sahənin müxtəlif sahələri, eyni zamanda elm və təhsil sahəsində sıx əməkdaşlıq edir. 

Azərbaycan UNESKO-ya 1992-ci ildə üzv olsa da, əlaqələr  1993-cü ilin sonundan etibarən Heydər Əliyevin yenidən hakimiyyətə dönüşündən sonra inkişaf etməyə başlayıb. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan və inkişaf etdirilən əməkdaşlıq, daha sonra Prezident İlham Əliyev, H.Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam  etdirilib. Azərbaycanın UNESKO əməkdaşlığı daha dərinləşib. Bunun nəticəsi olaraq  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiri seçilib.
Azərbaycan mədəniyyətinin, mədəni irsinin, elminin dünyaya təqdim edilməsi, o cümlədən verdiyi töhfəsi istiqamətində Azərbaycan Prezidenti ilə yanaşı, Birinci vitse-prezident M.Əliyevanın müstəsna xidmətləri olub. 

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərib. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb. M.Əliyevanın rəhbərlik etdiyi H.Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. M. Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır. 

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə M. Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor  İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.
 2011-ci il oktyabrın 26-da UNESKO-nun xoşməramlı səfiri M. Əliyeva UNESKO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "UNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumundakı çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs edib. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd edib.

2013-cü ildə  UNESKO-nun baş qərargahında  H. Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunub. Simpozium çərçivəsində “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgi təşkil edilib.Sərgidə H. Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib.

UNESKO ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədi ilə H.Əliyev Fondu ilə təşkilat arasında bir sıra əməkdaşlıq sənədi də imzalanıb. Bu sənədlərin bir qismi elm və təhsil sahəsi ilə bağlı olub.
Tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verib. Bu beynəlxalq təşkilatların Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərinin keçirməsini ölkəmizin dünyadakı artan nüfuzu və möhkəmlənən mövqeyi kimi dəyərləndirmək lazımdır. Bu məqsədlə 2005-ci il tarixində Bakı şəhərində “UNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsı, 2008-ci ildə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilib. Bu forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak ediblər. Bu tədbirləri siyahısını uzatmaq olar. Çünki Azərbaycan UNESKO və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib və etməkdədir.
Bütün bunlar bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  ölkəmizi  dünyaya təkcə enerji, iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi deyil, o cümlədən  çox  qədim mədəniyyətə, elmə malik və dünya mədəniyyətinə, elminə töhfə verən bir xalq kimi təqdim etmək istiqamətində yürütdüyü siyasətin tərkib hissəsidir. Bu siyasət Azərbaycan rəhbərliyinin prioritetini təşkil edir. Yürüdülən bu siyasətin nəticəsi olaraq gələcəkdə  də Azərbaycanın digər mədəni və qeyri-maddi irs nümunələri UNESKO-nun Ümumdünya İrsi siyahısında  yer alacaq və dünyaya təqdim ediləcək.
Ölkə rəhbərliyinin yürütdüyü bu siyasət Azərbaycanın turizm sektoruna, xüsusən də mədəni-tarixi turizmin inkişafına öz müsbət töhfəsini verəcək.   Bu baxımdan UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsinin müstəsna rolu olacaq.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031