"Müsəlmanıqsa, işğal olunmuş torpaqlarımıza sahib çıxaq..."

 
10-07-2019, 09:08            52 dəfə baxılıb
 

Müsəlmanıqsa, dəyərlərimizə sahib çıxaq.

Müsəlmanıqsa, Quranımıza, müsəlman olaraq vacibatlarımıza sahib çıxaq.

Müsəlmanıqsa, imanımıza, əqidəmizə, İslamımıza sahib çıxaq.

Müsəlmanıqsa, Aşuramıza, məhərrəm-səfər əyyamımıza sahib çıxaq.

Müsəlmanıqsa, təqvimimizə sahib çıxaq.
 
Müsəlmanıqsa, tariximizə sahib çıxaq.

Müsəlmanıqsa, təhsilimizə, elmimizə sahib çıxaq.

Müsəlmanıqsa, ailələrimizə sahib çıxaq.

Müsəlmanıqsa, övladlarımıza, onların tərbiyəsinə sahib çıxaq, fəsadlardan uzaq tutaq.

Müsəlmanıqsa, bizə xas olan bayramlarımıza sahib çıxaq, bizə sırınan qondarma bayramlardan uzaq olaq.

Müsəlmanıqsa, fəsadla dolu telekanallarımıza sahib çıxaq.

Müsəlmanıqsa,  mənəviyyatımıza, əməllərimizə sahib çıxaq.

Müsəlmanıqsa, işğal olunmuş torpaqlarımıza sahib çıxaq.

Müsəlmanıqsa,...

 

Unutmayaq: Vətənimizə olan yabançı təsirləri dəf etmək - vətəndaş olaraq sənin, mənim, onun.... - hər birimizin borcudur. İmkanlarımız çərçivəsində üzərimizə düşən mənəvi vəzifəni icra etməliyik...

Əks halda yadellilər bizə sahib çıxacaqlar və daim yad “dəyərləri” sırıyacaqlar... Nəticədə özümüzü, müsəlmanlığımızı, bütün dəyərlərimizi itirəcəyik. Elə isə, özümüzə, müsəlman adımıza, milli-mənəvi dəyərlərimizə sahib çıxaq...

 

Zəhranur Qüdsi, "Dəyərlər".
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031