Kərə yağını əridərkən köpük çıxarsa... – ƏHALİYƏ XƏBƏRDARLIQ

 
10-07-2019, 12:11            64 dəfə baxılıb
 
Qidalarınızın təbii olub-olmadığını bəzi səbəblərə görə anlamağınız çətin ola bilər. Xüsusilə kərə yağının  təbiiliyini müəyyən etmək çətin deyil. Bu üsulla kərəyağının  təbii olub-olmadığını asanlıqla müəyyənləşdirə bilərsiniz. Medicina.az mövzu ilə bağlı maraqlı məlumatı təqdim edir.
 
 
Təbii  və keyfiyyətli kərə yağı, milli mətbəximizdə ən çox istifadə olunan qidalar arasında demək olar, ilk yeri tutur. Təbii olmaq şərti ilə sağlam qidalanmada istifadəsi məsləhət görülür. Belə ki, dieta siyahısında yer alan kərəyağının faydaları saymaqla bitməz. Bir sözlə, kərəyağını istifadə edərkən onun  təbii və keyfiyyətli olması şərtdir.
 
 
Təbii kərəyağının konsistensiyası necə olur?
 
Konsistensiya - özlü mayenin, özlü plastik və ya özlü elastik maddənin reoloji xassələri məcmusudur.
Kərəyağının təbii olub-olmadığını müəyyənləşdirmək üçün başqa bir yolu da konsistensiyasıdır. Otaq temperaturu çatdıqda dərhal sürtüləbilən konsistensiyasiya gələn və əriyən kərəyağı, təbii olaraq qiymətləndirilir. Bundan əlavə, tavada əriyəndə çıxan köpüklər də onun təbii olmasını göstərir.
 
TƏBİİ KƏRƏYAĞININ GÖRÜNTÜSÜ NECƏ OLUR?
Keyfiyyətli və təbii yağın rənginin sarı olduğu iddiası  tamamilə səhvdir. Kənd yerində hazırlandığına əminsinizsə, bu fikir doğru ola bilər. Ancaq marketdə satılan qızıl rəngdə olan yağda qatqı maddəsi ola bilər. Buna görə rəngi işıqda ağa çevrilən və açıq rəngli olmayan kərəyağını almağa çalışmalısınız.
 
 
TƏBİİ KƏRƏYAĞININ İYİ NECƏ OLUR?
Keyfiyyətli kərəyağını iylədikdə paketindən də ətrini ala bilərsiniz. Paketi qoxladığınızda iy gəlmirsə, yağ sata ola bilər. Təbii kərəyağının qoxusu paketin xaricinə də çıxır.  Eyni zamanda bişərkən yaydığı iy iştahınızı açırsa, bunu təbii kərəyağı kimi anlaya bilərsiniz.
 
  Elmir Səftərov
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031