Gürcüstanda Prezident Sarayı qarşısında aksiya keçirilir

 
10-07-2019, 19:22            93 dəfə baxılıb
 
Tbilisidə Prezident Sarayının qarşısında etiraz aksiyası keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, “Vahid Milli Hərəkat” partiyasından olan etirazçılar Gürcüstan prezidenti Salome Zurabişvilinin ötən gün keçirdiyi brifinqdə Rusiya rəhbərliyinə müraciət edərkən işlətdiyi ifadələrə etiraz edirlər.
Onlar prezidentin gürcü cəmiyyətini alçaltdığını, Tbilisidə keçirilən mitinqlərin iştirakçılarını nəzərdə tutaraq “radikal qüvvələr” sözü işlətdiyini bildiriblər.
Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti S.Zurabişvili Rusiya rəhbərliyinə müraciət edərək gərginliyin radikal qüvvələr tərəfindən yaradıldığını bildirib. O qeyd edib ki, ölkənin və regionun stabilliyi üçün yeganə yol hazırkı hökumətin yürütdüyü sülhməramlı siyasətdir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031