Düşmən tankları hərəkətə keçdi

 
10-07-2019, 23:17            157 dəfə baxılıb
 

Düşmənin tank birlikləri Azərbaycanın işğal altında olan torpaqlarında təlimlərə başlayıb.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir, təlimlərdə qondarma respublika ərazisindəki tank birlikləri ilə yanaşı, digər zirehli texnikalar da iştirak edib.
Erməni generallarının nəzarəti altında gerçəkləşən təlimlərin maraqlı məqamlarından biri də təlimlərdə hücum əməliyyatlarının məşq edilməsidir. Belə ki, təlim prosesində şərti düşmən hücumunu dəf edən tank birliklərinin əks-hücuma keçərək düşmən mövqelərində qərarlaşması, yeni mövqelər seçərək bu mövqelərdə möhkəmlənməsi məşq edilib.
Təlimlərdə piyadalar üçün nəzərdə tutulan nəqliyyat vasitələrindən istifadə, müxtəlif hərbi birliklərin ortaq hərəkəti ilə bağlı da məşqlər keçirilib.
Məlumat üçün qeyd edək ki, Ermənistan və Rusiyanın yaxın gələcəkdə iki irimiqyaslı hərbi təlim keçirməsi nəzərdə tutulur. İndiki təlimlərdə təəccüb doğuran məqam isə müdafiəyə ehtiyacı olan düşmənin hücum məşqləri həyata keçirməsidir. Görünür, erməni hərbi rəhbərliyi bununla sadəcə erməni ictimaiyyətini deyil, erməni ordusunun özünü də müharibə olacağı təqdirdə müdafiəyə ehtiyac duymayacaqları, yalnız hücumda olacaqları fikrinə inandırmağa çalışır. Halbuki, düşmən əsgərlərinin Lələtəpə ətrafını bəzəyən meyidləri tamam başqa həqiqətdən xəbər verir və çətin ki, boşluğa atdığı tank mərmiləri aprel ölülərinin “sizi də bizim aqibətimiz gözləyir” harayını batıra bilsin.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031