Nəriman Nərimanovun qardaşı oğlundan Azərbaycan gömrüyündə əlavə pul aldılar - FOTOLAR

 
11-07-2019, 23:18            344 dəfə baxılıb
 
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əlibaba Nərimanov Vətənə gəlib.
Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən "Sınıq Körpü" gömrük postunda problem yaşayıb.
Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus "VAZ 2106" markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan "Mercedes-Benz" markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar.
Həmçinin, ona məxsus olan "VAZ 2106" markalı avtomobil "Mercedes-Benz" markası kimi sənədləşdirilib.
Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb.
Qeyd edək ki, Nəriman Nərimanovun qardaşı Təhməz Nərimanovun oğlu olan Əlilababa Nərimanov 1933-cü ildə Saatlı rayonunda anadan olub. O, SSRİ Təhlükəsizlik Xidmətinin ehtiyyatda olan əməkdaşıdır. //demokrat.az




шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031