Ermənilər Laçının Piçənis çayına 5 min balıq buraxdı...

 
14-07-2019, 12:00            141 dəfə baxılıb
 
Ermənilər 27-ci ildir ki, işğal altında qalan Laçın rayonundakı ekoloji sistemin bərpası, o cümlədən çaylarda balıqların qorunması və çoxalması  üçün tədbirlər görməyə çalışır.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin verdiyi məlumata görə, qondarma rejim ekosistemin qorunması üçün tədbirlərin yetərli olmadığını nəzərə alaraq ayrı-ayrı erməni sakinlərin də bu istiqamətdəki təşəbbüslərinə meydan verməyi qərara alıb. İşğal altındakı Xocalı rayonunun Çanaxçı kəndində(separatçı rejim “Əsgəran rayonunun “Avetaranots” kəndi adlandırır) sülənən Vrej Osipyan özünün şəxsi təsərrüfatında yetişdirdiyi 5 min müxtəlif növ xırda çay balığını(əsasən, qızıl balıq, forel, “işxan”(ermənilərin Göyçə gölündə yetişdirdiyi forel növü) və siq) Laçın rayonun “Çormank”n adlandırılmış Çorman kəndi yaxınlığından keçən Piçənis(“Vakunis”) çayına buraxıb.  Separatçı rejimin Azərbaycan torpaqlarında ekoloji problemlərlə məşğul olan qanunsuz qurum rəhbərliyi ermənilərə müraciət edərək V.Osipyanın bu addımından nümunə götürməyə çağırıb...
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031