Salyanın müalicəvi suları: üç günə sağal, get

 
19-07-2019, 15:50            59 dəfə baxılıb
 
Salyan rayonu müalicəvi isti suları və palçıq vulkanları ilə zəngindir. 

Medicina.az bakutv-yə istinadən xəbər verir ki, Babazənan dağında isti sular yerin təkindən qaynayaraq üzə çıxır.

Buraya gələn xəstələr 3-10 gün müddətində müalicəvi isti sulardan və palçıq vulkanlardan istifadə etməklə şəfa tapırlar.

Tarixi mənbələrə görə, görkəmli alman alimi, akademik Vilhelm German Abex 1860-cı ildə Salyanda olub. O, Salyan isti sularının Avropanın ən məşhur Karlovı Varı kurortunun suyunun tərkibi ilə eyni olduğunu bidirib. 

İsti sular hərəkət-dayaq sistemlərindəki problemləri, radikulit, revmatizm, xüsusilə qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün əvəzsizdir.

Yerli sakinlərlə yanaşı, ətraf bölgələrdən, hətta xarici ölkələrdən buraya üz tutan xəstələr çoxdur.

Məşhur "Şır-şır”, eləcə də "Ayranlı” bulaqlarının suyunun da özünəməxsus müalicəvi əhəmiyyəti var. "Şır-şır” bulağı dəri xəstəliklərinin, "Ayranlı” bulağı isə baş ağrılarının müalicəsində əvəzsizdir.

Mütəxəssislərin fikrincə, ərazidə sanatoriyalar yaradılarsa, burada insanlara həm normal xidmət göstərilər, həm də bölgədə turizm inkişaf edər.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031