İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

 
20-07-2019, 10:50            53 dəfə baxılıb
 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan avqustun 18-də kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İyulun 20-si saat 10:10-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 77 (BA - 15, BB - 62) namizəd qeydiyyatdan keçib. Qeydiyyat avqustun 9-u saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”dəki pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031