Yaqub Mahmudovdan "Vikipediya"dakı təxribata SƏRT REAKSİYA

 
20-07-2019, 12:05            93 dəfə baxılıb
 
"Ermənilər 1828-ci ildə köçürüldükləri üçün Gülüstan qalasının onlara aid olduğuna necə bir əsasları ola bilər? Gülüstan bizim tarixi torpağımız, Qarabağ xanlığının ərazisidir. Erməni orada nə gəzir? Bunların hamısı uydurmadır, saxtakarlıqdır".

Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Vikipediya”da Gülüstan qalasının Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim edilməsinə reaksiya verərkən deyib.

O bildirib ki, ermənilər bizim torpaqlarımıza 19-cu əsrin əvvəllərində iki müqavilənin (1828-ci il - Türkmənçay, 1829-cu il - Ədirnə) şərtləri ilə köçürülüblər: "Dünya elmi də bunu təsdiq edir. Böyük rus rəssamı Maşkov ermənilərin köçürülməsinin iştirakçısıdır. Hətta bununla əlaqədar olaraq bir tablo da yaradıb".

"Qarabağdakı separatçı faşistlər - Serj Sarkisyan və Robert Koçaryan Azərbaycan vətəndaşı olanda ermənilərin bura köçürülməsinin 150 illiyi ilə bağlı olaraq 1978-ci ildə Ağdərədə abidə ucaltdırmışdılar. Adi riyazi hesablamalar apardığımız zaman da bunun 1828-ci ilə aid olduğunu görürük. Özləri də bunu təsdiq eləmişdilər. Azərbaycana qarşı separatçılığa başlayandan sonra isə 1988-ci ildə həmin abidəni dağıtdılar. Yaxşı olardı ki, itənlərini Balkan yarımadasında axtarsınlar. Onların Azərbaycan torpaqlarına heç bir qatışacaqları yoxdur. Onların Cənubi Qafqazda dövləti 1918-ci ilin 29 mayında bizim verdiyimiz İrəvan və ətrafındakı 9 min kvadratkilometr ərazidə yaranıb”, - deyə akademik qeyd edib.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031