Hərbi qulluqçuların yaşadıqları binalara görə ödəməli olduqları vergi azaldılır

 
5-08-2019, 15:50            44 dəfə baxılıb
 
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Serhed.az-a bildirilib ki, bu güzəşt hərbi qulluqçuların müddətli hərbi xidmət dövründə bütün ailə üzvlərinin ödəməli olduqları əmlak vergisinə münasibətdə tətbiq olunur.
Bu maddə ilə müəyyən olunmuş əmlak vergisi üzrə 30 manat azadolma fiziki şəxsin hərbi qulluqçuları olan ailə üzvlərinin sayından asılı olmayaraq bir il ərzində yalnız bir dəfə tətbiq edilir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031