Xırdalanda niyə işıq yoxdur?

 
5-08-2019, 22:14            144 dəfə baxılıb
 
Xırdalan sakinləri bildirirlər ki, atrıq bir saatdan çoxdur AAAF Park yaşayış kompleksi də daxil olmaqla, şəhərin bəzi ərazilərində elektrik verilişi dayandırılıb.
"Qafqazinfo"ya açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, külək səbəbindən elektrik enerjisi verilişi yalnız Masazır qəsəbəsində dayandırılılıb.
Qurum rəsmisi problemin artıq həll olunduğunu deyib:
"Masazırın bir hissəsində elektrik enerjisi kəsilmişdi. Artıq o da bərpa olunub. Ceyranbatan və Xırdalanda hər yerdə işıq var. Masazıra işığın verilməməsi isə yanğınla əlaqədar deyildi .Külək elektrik dirəyini aşırmışdı. Problem buradan qaynaqlanırdı" .
T. Mustafayev "AAAF Park" Yaşayış kompleksində bir saatdan çoxdur işıq olmamasına isə belə münasibət bildirib:
"Bizə bununla bağlı hər hansı çağırış edilməyib. AAAF Park özəldir, ola bilsin daxili problemdir".
AAAF Park-dan verilən məlumata görə, yaşayış kompleksində işığın yanmaması daxili problem deyil. Şirkətdən problemin ümumi olduğu bildirilib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031