Azərbaycan məscidlərində bayram namazı qılındı

 
12-08-2019, 09:48            8 dəfə baxılıb
 
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

“Təzəpir” məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun pişnamazlığı ilə qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.(Trend)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031