Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü təxirə salındı

 
12-08-2019, 17:43            27 dəfə baxılıb
 
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin zirvə görüşü daha gec tarixə təxirə salınıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə sonrakı tarixə təxirə salındı" deyə, Peskov bildirib.

Bu formatdakı sammit ilk dəfə 2016-cı ilin avqustunda Bakıda keçirilib, təşəbbüs Azərbaycan liderinə məxsus idi. O dövrdə əsas müzakirə mövzuları birgə iqtisadi layihələr və regional təhlükəsizlik məsələləri idi. Sammitdən sonra tərəflər üçtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyən birgə bəyannamə qəbul etdilər. Sənəddə terrorizmə qarşı birgə mübarizə, regional münaqişələrin həlli, Xəzər dənizində əməkdaşlıq, enerji, nəqliyyat sahələrində əlaqələrin inkişafı və s. məsələlər əksini tapmışdı.

Sonra Rusiya-İran-Azərbaycan sammiti 1 noyabr 2017-ci ildə Tehranda keçirildi. Üç ölkənin liderləri enerji sahəsində əməkdaşlıq, Suriyanın nizamlanması və Xəzərdəki əməkdaşlıq da daxil olmaqla bir çox məsələləri müzakirə etdilər. Sonra Rusiya Prezidenti Vladimir Putin həmkarlarını Rusiyada keçiriləcək növbəti üçtərəfli zirvə görüşünə dəvət etdi.

 P.S.  Rusiya prezidentinin sözçüsü Peskovun “Texniki səbəb” ifadəsi diplomatik örtükdür, yaxın vaxtlara əsl və ya ehtimal edilən səbəblər haqqında  informasiyaların olacağı şübhəsizdir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031