Ermənistan Elmlər Akademiyası Daşaltı mağarasında yeni qazıntılara başladı

 
14-08-2019, 11:55            30 dəfə baxılıb
 
İyulun 26-dan Ermənistan Elmlər Akademiyasınıın mütəxəssisləri Azərbaycanın işğal altındakı Şuşa rayonunun Daşaltı kəndi yaxınlığındakı mağarada yeni qazıntı işlərinə başlayıb.

Moderator.az Rusiyadakı erməni nəşrlərinə istinadla xəbər verir ki, bu haqda  jurnalistlərə işğalçı ölkə arxeoloji ekspedisiyasının rəhbəri, Ermənistan EA molekulyar biologiya institutunun etnogenomika laboratoriyasının müdiri, professor Levon Yepiskoposyan danışıb. Guya qazıntılar zamanı insan və heyvan sümükləri aşkar edilib.   Onun sözlərinə görə, qazıntılardan məqsəd ərazinin bioloji, zooloji və eyni zamanda antropoloji(insani mənşə-!) tarixi ilə bağlı yeni məlumatlar əldə etməkdir.
Xəbərdə qeyd edilir ki, erməni alimlər Daşaltıdakı mağarada arxeoloji kəşfiyyat işlərinə 2011-ci ildə başlayıb. 2011-ci ildə isə ilk qazıntı aparılıb.

Xatırladaq ki, bəzi mənbələrdə “Xan mağarası” adlandırılan Şahnəzər mağarası - Şuşa şəhərindən 5 km cənubda Yevlax-Laçın-Naxçıvan şose yolundan 2 km aralıda Zarıslı çayı sahilində Daşaltı kəndi ərazisində yerləşir.Uzunluğu 125 m, eni və hündürlüyü 10 metrdir. Azərbaycan alimləri tərəfindən aparılmış qazıntılar zamanı mağaradan iki kobud daş çapacaq, çaxmaqdaşı və obsidiandan hazırlanmış 6 kiçik bıçaq, e.ə. IV-II minilliyə və b.e.X-XIV əsrlərə aid saxsı məmulatı, Orta əsrlərə aid müsəlman qəbri tapılıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031