Baş Prokurorluqdan intihar xəbərləri ilə bağlı KİV-ə müraciət

 
18-08-2019, 12:47            72 dəfə baxılıb
 
Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azvision.az-a bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər: “Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.

E.Sultanov qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir: "Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".

Baş Prokurorluğun rəsmisi vurğulayıb ki, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər: "İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar".

E.Sultanov, həmçinin qeyd edib ki, Azərbaycanda intihar hadisələrinin sayı Avropa və MDBölkələri ilə müqayisədə azlıq təşkil edir. İntihar hadisələrinin Azərbaycandakı artım tempinə gəldikdə isə E.Sultanov əlavə edib ki, bu artım cüzidir. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031