Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!

 
22-08-2019, 14:22            45 dəfə baxılıb
 
Bakıda avtomobili qarət edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Serhed.az-a məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən keçirlilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib: Müraciətdə deyilir:

“Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar”.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30