Kiçik və Orta Biznesin İnkişafı Agentliyində könüllülər üçün kitabxana yaradılıb

 
2-09-2019, 17:59            69 dəfə baxılıb
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülər üçün kitabxana yaradılıb.
KOBİA-dan Serhed.az-a bildirilib ki, agentlikdə fəaliyyət göstərən “KOB könüllüləri”nin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması məqsədilə təşkil olunmuş “Könüllü kitabxana”sına qurumun əməkdaşları tərəfindən iqtisadiyyat, sahibkarlıq, idarəetmə və digər sahələrə dair müxtəlif kitablar təqdim olunub.
Sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, fərdi inkişafı, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə “KOB Könüllüləri Proqramı” həyata keçirilir. Hazırda 40-a yaxın gənc Agentlikdə və ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir.
Ümumilikdə, indiyədək 50-dən çox gənc “KOB Könüllüləri Proqramı” çərçivəsində Agentlikdə və “KOB Dostu” şəbəkəsində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-da könüllü fəaliyyətini uğurla başa vuran gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031