Əlahiddə Ümumqoşun Ordunun artilleriya hissə və bölmələrində praktiki məşğələlər keçirilib

 
2-09-2019, 20:57            71 dəfə baxılıb
 
Əlahiddə Ümumqoşun Ordunun artilleriya hissə və bölmələrində praktiki məşğələlər keçirilib. 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Serhed.az-a verilən məlumata görə, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. 

Plana əsasən, “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlara çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər. Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031