"Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" — Sərkisyandan həyasız BƏYANAT

 
2-09-2019, 23:17            169 dəfə baxılıb
 
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma "dqr”in yaradılmasının ildönümü münasibətilə təbrik məktubu yayımlayıb.

Serhed.az xəbər verir ki, separatçıların ölkəmizə qarşı təcavüzkar çıxışlarını ermənilərin ümummilli bayramı adlandıran Sərkisyan özünün "döyüş yoldaşları”nı - Qarabağ müharibəsinin əliqanlı qatillərini, qondarma rejimin hazırkı rəhbəri Bako Saakyan və bütün əvvəlki rəhbərlərini də təbrik etməyi unutmayıb.

"Bu gün bizim oğullarımız Qarabağın dövlət sərhədlərində sədaqətlə öz vəzifələrini yerinə yetirirlər. İllərdir dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, - Sərkisyan bildirib.

Xatırladaq ki, 1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər.
 
Azərbaycan Respublikası isə ermənilərin bu işğalına etiraz olaraq noyabr ayının 26-da Dağlıq Qarabağın "Muxtar Vilayət” statusunu ləğv etdi.(Axar.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031