Xəzər rayonunda bir neçə evdən oğurluq edən şəxs yaxalanıb

 
6-09-2019, 12:15            62 dəfə baxılıb
 
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompyuter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilmişdir.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

O, törətdiyi əməlləri etiraf etmişdir.

Araşdırma aparılır.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30