Laçında Yerevan dövlət universitetinin 100 illiyinə həsr edilmiş abidə qoyuldu...

 
7-09-2019, 19:29            50 dəfə baxılıb
 

Azərbaycanın 28-ci(!) ildir ki, işğal altında qalan Laçın rayon mərkəzində Yerevan dövlət universitetinin 100 illiyinə həsr olunmuş park salınıb və abidə qoyulub.

Moderator.az xəbər verir ki, park və abidənin açılış mərasimində  Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki icra başçısı Stepan Sərkisyan, Yerevan universitetinin rektor əvəzi, prorektor, müəllim və tələbələri iştirak edib. 

S.Sərkisyan öz çıxışında vurğulayıb: “Bura bizim azad edilmiş vətənimizdir... Və Yerevan universiteti bu torpağın abadlaşdırılması və məskunlaşdırılmasını unutmur...”

Xəbərdə qeyd edilir ki, son bir neçə ildə mütəmadi Laçına səfər edən Yerevan universitetinin tələbələri artıq rayon mərkəzində 10 minədək ağac əkib.

P.S. Biz Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə... neçə milyardlıq möhtəşəm açılış etsək, bunun əvəzini çıxa bilərik?..

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30