Anar Əmrah: Gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir

 
8-09-2019, 12:26            57 dəfə baxılıb
 

Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı az deyil. İdman dedikdə ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük versinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah deyib.
Cərrahın sözlərinə görə, gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir: “Həmişə vurğulayırıq ki, sürətli qaçmaq lazım deyil. Çünki yarış tərzinə bənzəyən idman növləri stress əmələ gətirir. Mütəxəssislər ona görə də bunu tövsiyə etmirlər. Yaxşı olardı ki, insanlar hər gün təmiz havada gəzsin, bir-biri ilə söhbət etsinlər.”шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30