Azərbaycanda ölənlərin sayı artır- İlk beşlikdəki şəhərlər

 
8-09-2019, 15:08            52 dəfə baxılıb
 

2019-cu ilin 6 ayı ərzində Azərbayacan Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66687 doğum və 28 745 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.


R.Süleymanovun sözlərinə görə, hesabat dövründə ölüm halları daha çox Bakıda qeydə alınıb. Şöbə müdiri eyni zamanda daha çox ölüm halının qeydə alındığı ilk 5-likdə olan şəhərlərin statistikasını da açıqlayıb:


1. Bakı – 6570;
2. Gəncə - 995;
3. Sumqayıt – 988;
4. Lənkəran – 713;
5. Şəmkir – 675.


Rəsmi statistika son 10 ildə Azərbaycanda ölənlərin sayının artdığını göstərir. Belə ki, 2008-ci ildə ölkədə 28 042 nəfər, 2009-cu ildə 27 710 nəfər, 2010-cu ildə 28 248 nəfər, 2011-ci ildə 28 976 nəfər, 2012-ci ildə 29 488 nəfər, 2013-cü ildə 29 096 nəfər, 2014-cü ildə 29 655 nəfər, 2015-ci ildə 29 130 nəfər, 2016-cı ildə 29 924 nəfər, 2017-ci ildə 30 429 nəfər, 2018-ci ildə isə 30 643 nəfər ölüb. 2019-cu ilin 6 ayında 28 745 ölüm halının baş verdiyini nəzərə alsaq, ilin yekununda rəqəmin 2 dəfə artacağı istisna edilmir.
Rəsmi məlumata görə, təkcə ötən il ən çox ölüm - 5311 nəfər qeydə alınan yaş kateqoriyası 80-84-dür. Sonrakı yerləri 5235 sayla 85 və yuxarı yaşlılar, 3760 sayla 75-79 yaşlılar, 2470 sayla 65-69 yaşlılar, 2271 sayla 60-64 yaşlılar , 1973 sayla 70-74 yaşlılar tutur.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30