Rusiya azərbaycanlı bloqerlə bağlı QƏRAR VERDİ

 
10-09-2019, 22:23            280 dəfə baxılıb
 

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi bu gün Azərbaycan hakimiyyətini tənqid edən bloqer Elvin İsayev barəsində qərar verib.
Serhed.az xarici KİV-ə istinadən xəbər verir ki, Dzerjinsky Rayon Məhkəməsinin qərarına əsasən Elvin İsayevə tətbiq olunan Rusiyadan xaric edilmə və 5 min rubl cərimə ləğv edilib. Bildirilir ki, bloqer xarici vətəndaşların müvəqqəti saxlanılma mərkəzindən sərbəst buraxılıb.
Qeyd edək ki, Elvin İsayev Azərbaycanın vəzifəli şəxslərinə qarşı nalayiq ifadələr işlədirdi. Avqustun 24-də ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülərək saxlanılmışdı. Eyni zamanda Rusiya pasportu ləğv edilərək barəsində deportasiya qərarı çıxarılmışdı.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30